AzerMDS Meetings

POL Seminar Problemorientertes Lernen

World AIDS Awareness Day Flashmob

POL Seminar Problemorientertes Lernen

AzərMDS-İFMSA tərəfindən həyata keçirilən “Bilik Körpüsü” layihəsi çərçivəsində növbəti görüş keçirildi

9 aprel tarixində ATU-nin Tədris Cərrahiyə Klinikasında AzərMDS-İFMSA təşkilatının “Bilk körpüsü” layihəsi çərçivəsində Almaniyada işləyən gənc azərbaycanlı həkim Fəridə Məmmədzadə ilə onlayn görüş baş tutdu.  Son görüşdə olduğu kimi, bu görüş zamanı da gənc həkim və tibb tələbələrinin digər ölkələrdə elmi və tibbi fəaliyyətdə olan gənclərimizlə fikir mübadiləsi reallaşdırıldı. Görüşdə gənc həkimimiz Almaniyada rezidentura təhsili üçün tələblər, çətinliklər, uğur qazanmanın yolları, Approbasiya imtahanı və digər gərəkli addımlar haqqında məlumat verdi və tələbələrin suallarını cavablandırdı.

Layihə çərçivəsində növbəti tədbirdə Amerikadakı gənc həkimlərimizlə onlayn görüş planlaşdırılır. Görüşdə iştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir. Bunun üçün 1) Ad, soyad; 2) fakültə və ya iş yeri (ixtisas); 3) əlaqə nömrəsi göstərilməklə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. email ünvanına email göndərmək lazımdır.

Görüşün keçirilmə yeri və tarixi barədə iştirakçılara məlumat veriləcəkdir. İştirak ödənişsizdir.

Ətraflı məlumat üçün görüşün Facebook Eventi-ni izləyə və suallarınızı AzərMDS-iFMSA səhifəsinə ünvalaya bilərsiniz.