Baş Assambleya ildə 2 dəfə Mart və Avqust aylarında keçirilir və dünyanın dörd bir yanından tibb tələbələrini bir araya gətirir. IFMSA Baş Assambleyası tibb tələbələrinə öz kolleqaları ilə tibb təhsili, ictimai səhiyyə, reproduktiv sağlamlıq, insan haqları mövzusunda, eləcə də bugün aktual olan bütün qlobal problemlər barəsində fikir mübadiləsi aparmaq üçün unikal şans təklif edir. Bu GA yer kürəsində bütün tibb işçilərini qlobal bir şəbəkədə birləşdirir. Tələbələr eyni zamanda tibb tələbələri və gələcək həkimlərin formalaşmasına təsir göstərə biləcək mədəni və bu kimi həssas mövzularda təlimlərdə iştirak edə bilər.
Layihə təqdimatında AzerMDS-in 2 ildən artıq uğurla davam etməkdə olan “Tibb Təhsilində Müasir Standartlar” layihəsi uğurla təqdim olundu. Eyni zamanda 2009-2010 cu illərdə IFMSA-in Elmi və Professional tələbə mübadilə proqramları üçün yeni müqavilələr imzalandı.
Eyni zamanda IFMSA rəsmiləri vəzifəlerinə seçkilər keçirildi və AzerMDS də tamhüquqlu üzv kimi bu seçkilərdə iştirak etdi. IFMSA-in gələn dönəmdə prezidenti vəzifəsini CroMSİC - Xorvatiyadan Silva Rukavina, Baş Katib vəzifəsini isə MMSA – Maltadan Chantal Fenech icra edəcək. Gələn il avqust görüşünün təşkilatçısı olaraq Quebec - Kanada seçildi, yəni gələn il Avqust ayında 59-cu Baş Assambleya Kanadanın Montreal şəhərində keçiriləcək. Xatırladaq ki, 2010-cu il Mart görüşü Tayland-da keçiriləcək.













