|
Dünya Tibb Tələbələri Assosiasiyaları Federasiyası IFMSA-in Azərbaycanda tamhüquqlu üzvü
Həkimlər və Təbib Tələbələr İctimai Birliyi - AzerMDS DƏVƏT EDİR
17 oktyabr 2009, saat 09:30
Ünvan: Tibb Universiteti, Fizika-Kimya Korpusu
Səhiyyəmizin müasir səviyyəyə yüksəlişi həkim və təbib tələbələrimizin dünya təbabətində olan qabaqcıl təcrübənin necə öyrənməsindən aslıdır. Gənc həkim və təbib tələbələrimizin xarici ölkə klinikaları ilə tanış olması, orada tətbiq olunan yeni müalicə metodlarını mənimsəməsi, eləcə də elmi fəaliyyətlə məşğul olmaları ölkəmizdə tibb xidməti səviyyəsinin artmasına böyük təkan verəcək.
Tibbdə mövcud olan müasir standartların öyrənilməsi hər bir tibb tələbəsinin və gənc həkimin əsas hədəflərindən biri olmalıdır. Əks halda gələcəkdə xəstələrimizə xidmət göstərərkən ixtisaslı həkim olaraq natamamlıq hissi bizi tərk etməyəcək. Hər zaman nələrisə bilməmək və ya bilib bacarmamaq situasiyaları ilə üzləşəcəyik. Həmvətənlərimiz olan xəstələrimiz əlacı bizlərdə yox alman, amerikan və ya rus həkimlərində axtarmaqda davam edəcəklər.
Məhz keçirmək istədiyimiz tədbirin əsas məqsədi tələbələrimizi IFMSA və AzerMDS haqqında məlumatlandırmaq təbabətin müasir standartlarını mənimsəmək yollarını müzakirə etmək və bu yolda konkret imkanlar haqqında fikir mübadiləsi aparmaqdır.
Bundan əlavə İFMSA çərçivəsində 2010-2011-ci illərdə də qısamüddətli elmi və professional ixtisaslaşma imkanları haqqında məlumat veriləcək və bu imkanı qazanmaq üçün keçiriləcək müsabiqənin şərtləri elan ediləcəkdir.
Tədbirdə iştirak etmək istəyirsinizsə aşağıdakı ünvana ad və soyadınızı, fakültə kurs və əlaqə nömrəsini göndərməyiniz kifayətdir: amdsforum@yahoo.com
TƏDBİRİN PROQRAMI
10:00-10:30 Giriş hissə: Dekanlıqdan nümayəndələrin çıxışları
10:30-10:50 Beynəlxalq Tibb Tələbələri Assosiasiyasıyaları Federasiyası (IFMSA) və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (AzerMDS) haqqında məlumat
10:50-11:10 IFMSA-in yığıncaqları - Baş Assambleyalar haqqında məlumat
11:10-11:30 IFMSA-in İctimai Sağlamlıq Üzrə Daimi Komitəsinin (SCOPH) təqdimatı
11:30-12:00 IFMSA-in Tibb Təhsili Üzrə Daimi Komitəsinin (SCOME) təqdimatı
12:00-12:20 IFMSA-in İnsan Haqqları Üzrə Daimi Komitəsinin (SCORP) təqdimatı
12:20-12:40 IFMSA-in Professional Mübadilə Üzrə Daimi Komitəsinin (SCOPE) təqdimatı
12:40-13:00 IFMSA-in Elmi Mübadilə Üzrə Daimi Komitəsinin (SCORE) təqdimatı
2010-cu il üçün mübadilə proqramı, müsabiqənin keçirilmə qaydaları və şərtləri
13:00-13:20 IFMSA-in Reproduktiv Sağlamlıq Üzrə Daimi Komitəsinin (SCORA) təqdimatı
13:30-14:20 Nahar Fasiləsi
14:30-15:00 2008-2009-cu illərdə mübadilə proqramlarında iştirak etmiş tələbələrin təəssüratları
15:00-16:00 Komitələr üzrə kiçik işçi qrupların müzakirələri
16.00 Tədbirin bağlanışı
HƏR BİRİNİZİN İŞTİRAKI ARZUOLUNANDIR!

|