ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

ISSH - Təhsilin Tələbələrin Sağlamlığına Təsiri

Təhsilin Tələbələrin Sağlamlığına Təsiri (Influence of Studying on Students’ Health-ISSH) IFMSA-in Beynəlxalq Layihəsi kimi qəbul etdiyi və bugünə qədər də dəstəkləməkdə olduğu, gündən-günə yayılmaqda olan bir layihədir. Bugünə qədər bir çox ölkədə uğurla davam etməkdə olan bu layihə IFMSA-in 2008-ci il Meksikadakı Beynəlxalq Mart görüşündə ən yaxşı layihə mükafatına layiq görülmüşdür.

Təhsilin Tələbələrin Sağlamlığına Təsiri (Influence of Studying on Students’ Health-ISSH) Dünya Tibb Tələbələri Assosiasiyalarının Federasiyası’nın (Intenational Federation of Medical Students’ Associations-IFMSA) 3 Mart 1998-ci ildə Beynəlxalq Layihəsi kimi qəbul etdiyi və bugünə qədər də dəstəkləməkdə olduğu, gündən-günə yayılmaqda olan bir layihədir. Bugünə qədər bir çox ölkədə uğurla davam etməkdə olan bu layihə IFMSA-in 2008-ci il Meksikadakı Beynəlxalq Mart görüşündə ən yaxşı layihə mükafatına layiq görülmüşdür.

Son hesabatlara görə, yerli komitələri layihəyə daxil olan ölkələr: Fransa, Bosniya-Hersoqovina, Braziliya, Misir, Yunanıstan, Macarıstan, Pakistan, Fələstin, Peru, İspaniya, Yamayka, Sudan, Türkiyə, İtaliya, Səudiyyə Ərəbistanı, Tunis, Almaniya, Xorvatiyadır.

ISSH layihəsinin məqsədləri:

· Dərs oxumağın tələbənin sağlamlığı üzərində təsirlərini müəyyən etmək,

· Dərs oxumağın hansı pis təsiri ola biləcəyini müəyyən etmək,

· Bu nəticələri bölgələr arasında müqayisə edib ən ümumi problemi və bu problemin həllini tapmaq,

· Tələbələrin bu problemlərlə mübarizə etmək imkanlarını müəyyən etmək.

Bu məqsədlərə nail olmaq üçün həyata keçiriləcək 4 əsas addım aşağıdakılardan ibarətdir.

1. Sorğu keçirmək

2. Sorğu nəticələrini statistik olaraq nəzərdən keçirmək və müqayisə etmək

3. Dərs oxumanın mümkün mənfi nəticələrini aradan qaldırmaq üçün həll yolları tapmaq

4. Tapılan həll yollarından uyğun olanlarını həyata keçirmək

Azərbaycanda bu layihə IFMSA-in tamhüquqlu üzvü olan Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin (Medical Doctors and Students Public Union - AzerMDS) təşəbbüsü ilə həyata keçirilməkdədir.