ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

2010-2011-ci illər IFMSA Mübadilə Proqramları - SEÇİM ELANI
AzerMDS – Həkimlər və Təbib Tələbələr İctimai Birliyi, 2010-11-ci illər üçün IFMSA (International Federation of Medical Students' Associations) Mübadilə proqramları üçün seçim elan edir.
 
QEYDİYYAT ÜÇÜN SON TARİX: 25 NOYABR 2009

Səhiyyəmizin müasir səviyyəyə yüksəlişi həkim və təbib tələbələrimizin dünya təbabətində olan qabaqcıl təcrübənin necə öyrənməsindən aslıdır. Gənc həkim və təbib tələbələrimizin xarici ölkə klinikaları ilə tanış olması, orada tətbiq olunan yeni müalicə metodlarını mənimsəməsi, eləcə də elmi fəaliyyətlə məşğul olmaları ölkəmizdə tibb xidməti səviyyəsinin artmasına böyük təkan verəcək.

Dünyanın əksər ölkələrində tələbələrin xarici ölkə klinikalarında ixtisaslaşmaya və ya elmi fəaliyyətə göndərilməsinin ən sınanılmış və effektiv üsulu IFMSA (International Federation of Medical Students Associations, http://www.ifmsa.org/ ) adlanan beynəlxalq şəbəkə vasitəsilə keçirilən mübadilə proqramıdır. IFMSA Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən tanınmış bir şəbəkədir. Bu proqram çərçivəsində tibb tələbəsi istənilən ölkədə 1 ay professional, 1 - 6 ay müddətində isə elmi ixtisaslaşma keçə bilər. IFMSA humanitar prinsiplər əsasında işləyən şəbəkə olub, il ərzində bütün dünyada 8000-dən çox tələbənin mübadiləsinə şərait yaradır. AzerMDS olaraq 2005-ci ildən IFMSA-a namizəd üzv kimi, 08.08.2007-ci il tarixindən isə tamhüquqlu üzv kimi fəaliyyət göstəririk.

Bu il 30-dan artıq tələbənin mübadiləsi üçün (hər biri 1 ay olmaqla) müqavilələr imzalamışıq. Müqavilələr aşağıdakı ölkələrlə bağlanmışdır:

 

Professional Mübadilə

Elmi Mübadilə

Ölkə

Yer

Ölkə

Yer

1

Almaniya

2

1

Avstriya

1

2

Hollandiya

1

2

Italiya

2

3

Avstriya

1

3

Çexiya

1

4

Braziliya

1

4

İran

1

5

Çexiya

3

5

Macarıstan

1

6

İslandiya

1

6

Polşa

1

7

İspaniya

1

7

Səudiyyə Ərəbistanı

1

8

İsrail

1

8

Türkiyə

4

9

İtaliya

2




10

Livan

1




11

Misir

1




12

Norveç

1




13

Portuqaliya

1




14

Slovakiya

1




15

Türkiyə

4





Mübadilə proqramında Azərbaycan Respublikasının istənilən dövlət və ya özəl universitetlərinin tibb fakultələrinin tələbələri, müstəsna hallarda bu fakultələri bitirmiş internalar və gənc həkimlər də iştirak edə bilər. Stomatologiya fakultəsinin tələbələri IFMSA qanunlarına görə bu mübadilə proqramlarına aid edilmir!

Seçim mərhələlərində üstünlük Professional mübadilədə(SCOPE) 2-ci kursdan baslayaraq müalicə işi və ya pediatriya fakultələrinin, elmi mübadilədə isə bütün fakultələrin tələbələrinə veriləcəkdir.

Mübadilədə iştirak etmək hüququ qazanmaq üçün aşağıdakıları mərhələləri keçmək lazımdır:

1. Sonda göstərilmış ”Qeydiyyat vərəqəsi” adlandırdığımız standart ərizə formasını doldurub amdsforum@yahoo.com mail ünvanına göndərmək.

2. AzerMDS-in təşkil edəcəyi ingilis dili testindən keçmək.

3. Yekun müsahibədə iştirak etmək.

Əgər bu il müsabiqədə iştirak etmək imkanınız yoxdursa, növbəti illər üçün bu və ya digər ölkədə təcrübə keçmək arzunuzu təşkilatımıza gələn ilin iyun ayina gədər yaza bilərsiniz. Bu halda AzerMDS IFMSA-nın növbəti Baş Assambleyasında sizin arzu etdiyiniz ölkədə təcrübə imkanını təşkil etməyə çalışacaq.

Mübadilə Proqramlarında İştirak etmək istəyən tələbələrdən ƏRİZƏ FORMASININ son iki səhifəsindəki (4-5) Qeydiyyat Vərəqəsini dolduraraq 25.11.09 tarixinədək amdsforum@yahoo.com ünvanına göndərməyiniz xahiş olunur. Bundan sonra İngilis dili testinin vaxtı elan olunacaq. Imtahana gelerken ise erize formasını tam olaraq doldurulmuş, fotoşəkil yapışdırılmış və tələbə və Valideyni tərəfindən imzalanmış şəkildə gətirməyiniz mütləqdir!

ƏRİZƏ FORMASI