ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

14 Noyabr - Dünya Diabet Günü

14 Noyabr Dünya Diabet Günüdür. 1921-ci ildə İnsulini kəşf edərək milyonlarca xəstənin müalicəsini mümkün edən Fredrick Bantig’in doğum günü şərəfinə hər il dünyada bugün qeyd olunur.

2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə Dünya Diabet Günü rəsmi bir gün kimi qəbul olundu. Bu qərarla tarixdə ilk dəfə yoluxucu olmayan bir xronik xəstəlik Vərəm, HIV/AİDS kimi yoluxucu xəstəliklər kimi Qlobal təhlükə olaraq qəbul olundu. Həmin gün dünyanın 160-dan artıq ölkəsində milyonlarla insan bu xəstəlik haqqında məlumatlandırılır.

Diabeti anla: Xəbərdaredici simptomları tanı
 
 Diabetin ilkin simptomları:
  • Sidiyə tez-tez getmə
  • Güclü susama hissi
  • Aclıq hissinin artması
  • Çəkinin itirilməsi
  • Yorğunluq
  • Maraq və konsiderasiyanın zəifləməsi
  • Qusma və qarında ağrı (bəzən qriplə səhv salına bilər)
  • Əl və ayaqlarda qıcolma və keyimə hissi
  • Dumanlı görmə
  • İnfeksiyalar tez tez yoluxma
  • Yaraların gec sağalması
    *2-ci tip diabetdə bu əlamətlər olmaya və ya yüngül ola bilər.
Bu əlamətlər sizdə varsa, tibbi müayinədən keçin

Diabetin risk faktorları



2-ci tip diabet üçün bir sıra risk faktorları mövcuddur. Bunlar aşağıdakılardır:

  • Köklük və artıq çəki
  • Hərəkət məhdudiyyəti
  • Qeyri sağlam qidalanma
  • Yaşın artması
  • Yüksək qan təzyiqi və yüksək xolesterin
  • Ailədə diabet xəstəsinin olması
  • Hamiləlik diabetinin olması
  • Etnik mənsubiyyət – Asiya, Cənubi və Şimali Amerika, Avstraliya əhalisində diabet daha çox rast gəlinir.

Əgər 2-ci tip diabetə aid olduğunuza şübhə edirsinzisə, müayinədən keçin!


2-ci tipi diabet riskini azaldan faktorlar:


  • Piyada gəzinti
  • Rəqs etmək
  • Üzmək
  • Velosiped sürmək
  • İdeal çəkini qoruyub saxlamaq