|
Cari ilin dekabr ayında tibb sahəsinə aid yeni bir internet səhifəsi www.etibb.net istifadəyə verildi. Bu da öz növbəsində istifadəçilərə müxtəlif xəstəliklər və profilaktik tədbirlər barəsində geniş məlumat əldə etməyə imkan verəcək.

Cari ilin dekabr ayında tibb sahəsinə aid yeni bir internet səhifəsi www.etibb.net istifadəyə verildi. Bu da öz növbəsində istifadəçilərə müxtəlif xəstəliklər və profilaktik tədbirlər barəsində geniş məlumat əldə etməyə imkan verəcək.
Bu tip səhifələr bir çox ölkələrdə artıq mövcuddur, ancaq bu Azərbaycan istifadəçilərdən xarici dil bilmək bacarığı tələb edir. Adı çəkilən səhifənin üstünlüklərindən biri onun Azərbaycan dilində olmasıdır ki, bu da ondan geniş istidfadəyə imkan verir. Bundan başqa Azərbaycan və Alman həkimləri tərəfindən mütəmadi olaraq onlayn məlumatlar verilməsi planlaşdırılır.
İnternet səhifə “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə və Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin təşəbbüsü ilə yaradlmışdır.
Əlaqələr və Sosial məsələlər üzrə menecer xanım Rəna Tahirovaya görə: “Hazırki layihədən çox müsbət nəticələr əldə olunacaq. Bu sıradan bir internet səhifəsi deyil və bu həkim qəbulunda vaxt itirmədən və kompüterdən ayrılmadan ixtisaslı həkimlər tərəfindən verilən tibbi informasiya əldə etmək imkanı verir”.
Layihənin koordinatoru Vüqar Yaqubov bildirdi: “Bu internet səhifəsi nəinki adi istifadəçilərə, hətta tibb sahəsində təhsil alan tələbələr və gənc alimlərə gərəkli olacaqdır”.
Vüqar Yaqubov qısa bir zamanda “Yeni Ədəbiyyatlar” rubrikasının hazırlanacağını da bildirdi və qeyd etdi ki, burada da yeni nəşrlər və elmi işlərin dərçi öz əksini tapacaqdır. Sonda Vüqar Yaqubov maraqlı təşkilatları və şəxsləri əməkdaşlığa dəvət etdiyini vuğuladı.
|