Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Molekulyar biologiya
Molekulyar biologiya – biologiyanın bir bölməsi
olub canlı orqanizmlərdə baş verən dəyişiklikləri molekulyar səviyyədə öyrənir.
Digər bioloji elmlər xüsusilə də hüceyrə biologiyası, genetika, biokimya ilə
sıx əlaqəlidir və bu sahələrin inkişafı nəticəsində meydana çıxmışdır.
Molekulyar biologiya DNT, RNT, zülal biosintezi də daxil olmaqla bir hüceyrənin
müxtəlif sistemləri arasında qarşılıqlı təsiri və tənzimləməni öyrənir.
Digər
bioloji elmlərlə əlaqəsi:
Molekulyar biologiyada tədqiqatçılar bir
sıra xüsusi metodlardan istifadə edirlər, amma zaman keçdikcə bu metodlar
biokimya və genetikanın metodları ilə birləşirlər. Bu səbəbdən molekulyar
biologiya, biokimya və genetika elmləri arasında dövrü asılılıq mövcuddur.
Biokimya – canlı orqanizmlərdə kimyəvi maddələri
və həyati əhəmiyyətli prosesləri öyrənir. Biokimyaçıların diqqət mərkəzində biomolekulların
quruluşu və funksiyaları dayanır. Kimyəvi tədqiqatların əsasında duran bioloji
proseslər və bioloji aktiv maddələrin sintezi biokimyaya misal ola bilər.
Genetika – canlıların iki əsas xassəsini –
irsiyyət və dəyişkənliyi öyrənən bir elmdir. Müasir genetika irsiyyət və dəyişkənlik
hadisəsini – biokimya, biofizika, sitologiya, embriologiya, mikrobiologiya,
zoologiya, botanika, seleksiya kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq
öyrənir.
Molekulyar biologiya – replikasiya,
transkripsiya və genetik materialların translyasiyasının molekulyar əsaslarını
öyrənir.
Molekulyar
biologiyanın əsas tədqiqat metodları:
Molekulyar biologiya – da bioloji, fiziki və
kimyəvi metodların geniş arsenalından istifadə edir. Bu metodların bəziləri
biokimya, sitologiya, genetika elmlərindən irsən qalmış, digərləri isə elmin
özünün inkişafı zamanı molekulyar obyektlərlə işləmək üçün yaradılmışdır.
Aşağıda molekulyar biologiyanın ən çox istifadə olunan metodları haqqında qısa
məlumatlar verilmişdir:
Elektroforez – bu metodun əsasını “+” və “-”
yükə malik olan zülalların və ya DNT və RNT nin elektrik sahəsində molekulun
yükünün əhəmiyyətinə, ölçüsünə və formasına uyğun olaraq yerini dəyişməsi
qabiliyyəti təşkil edir. Elektroforez sulu məhlulda (bufer), lakin bir qayda
olaraq məsaməli daşıyıcılarda: nişasta, aqaroza və ya poliakrilamid gelində
aparılır.
Western blotting - müəyyən anticisimləri birləşdirmə qabiliyyəti olan zülalları təyin etmək
və qruplaşdırmaq üçün istifadə edilən bir metoddur. Western Blot sizi
maraqlandıran proteiniçoxlu miqdarda
protein qarışığından müəyyən edə bilir. Bu metod proteinin ölçüsü (kDa ilə ifadə
olunmuş standart ilə müqayisədə) və həmçinin protein ekspresiyası (müalicə
olunmamış nümunə və ya digər hüceyrə/toxuma ilə müqayisədə) haqda məlumat verə
bilər.
Nəticə: Western
Blot sizə aşağıdakı məlumatları verir:
Proteininizin ölçüsü
Proteininizin ekspresiya dərəcəsi
Western Blot istər hüceyrə, istərsə də toxumada olan proteinləri, həmçinin in
vitro sintez edilmiş protein kombinasiyalarını da analiz edə bilir. Western
Blotsizi
maraqlandıran zülal üçün seçdiyiniz anticisimlərin keyfiyyətindən və bu protein
üçün nə dərəcədə spesifik olmasından asılıdır. İndi anticisimləri
kommersiya mənbələrindən asanlıqla əldə etməkolar və siz sizi maraqlandıran protein üçün sifariş edə bilərsiniz. Əgər
sizin protein yenidirsə onda anticismi özünüz emal etməli və ya bu işlə məşğul
olan xüsusi kompaniya ilə əlaqə saxlamalısınız. Bu halda sizə az miqdarda
hüceyrə ekstarktlarından əldə edilmiş və ya rekombinat şəklində proteinə
ehtiyacınız olacaq. Sizin proteininizə spesifik anticisimlər Western
Blot-da olan minlərlə protein əvəzinə yalnız
sizi maraqlandıranproteinə birləşir.
Southern
blotting – bu metodan fiziki xəritədə xromosom yerdəyişmələrinin
xəritələşməsi, genlərin yerlərinin müəyyən olması, təkrarların aşkar olunması və
s. üçün istifadə edilir. Bu metodda DNT fraqmentlərini əsasən aqaroza gelində
ayırırlar. Geldə DNT-ni denaturasiya edir və gelin üzərinə nitrosellüloza
filtri qoyurlar. DNT filtrə köçürülür, orada yüksək temperaturun təsiri ilə
fiksə olunur. Müəyyən əlavə mərhələlərdən sonra geldə ayrılan DNTnin bütün
fraksiyaları filtrə köçürülmüş olur. Filtri sonradan radioaktiv izotopla və ya
kimyəvi yolla nişanlanmış zond yerləşən hibridləşmə buferinə yerləşdirirlər. Bu
zond DNTnin komplementar sahələri ilə birləşir. Filtri yuduqdan sonra siqnalın
aşkar olunmasına keçmək olar. Əgər zond radioaktivdirsə filtrə rentgen təbəqəsi
qoyulur və işıqlanan sahə aşkar olunur. Əgər kimyəvi modifikatorlardan istifadə
olunubsa deteksiya həmin filtrdə aparılır.
Northern blotting – southern blota oxşar bir
metoddur, lakin bu metod RNTnin analizi üçün istifadə olunur. Bu zaman hüceyrədən
ayrılmış RNT molekulları gel elektroforezin köməyilə ölçülərinə uyğun olaraq
ayrılıb filtrə köçürülür. Nişanlanmış bir zəncirli zondla hibridizasiyadan
sonra elektroforeqramın müəyyən sahələrində siqnal ayırd olunur ki, orada RNT
ilə DNT zondu arasında homologiya var.
Molekulyar markerlərdən istifadə etməklə hər
hansı bir genin transkriptinin ölçüsünü müəyyən etmək olar.
Polimeraz zəncirvari reaksiya - Genomun müəyyən
bir hissəsinin bu metodla artırılması 1983-cü ildə kəşf olunub. İlkin DNT
molekulunu qızdırmaqla komplementar zənciri birləşdirən hidrogen rabitələri
qırılır. Sonra qarışığı DNTnin iki kiçik fraqmentinin iştirakı ilə soyudurlar.
Bunlardan birincisi öyrənilən lokusdan solda yerləşən DNT sahəsinə, ikincisi isə
lokusdan sağda digər zəncirdəki sahəyə komplementardır. Bu fraqmentlər primer
adlanır və DNTnin uyğun sahələri ilə birləşərək DNT matrisi üzərində yeni
komplementar zəncirin sintezini başladırlar. Sintez taq polimeraza fermentinin
iştirakı ilə gedir. PZR analizi zamanı yalnız iki primer arasında olan kiçik
fraqment (əvvəlcədən qeyd edilmiş-lazımi sahə) sintez olunur, dəfələrlə
artırılır.