|
Virus
hepatitləri insanlar arasında geniş yayılmış xəstəlikdir. Dünyada 500
milyon xroniki Hepatit C və B xəstəsi var və hər 12 nəfərdən biri bu
viruslardan birinin daşıyıcısıdır. Təəssüf ki, yoluxmuş insanlardan
çoxunun bundan xəbəri yoxdur.
Bu xəstəliyə qarşı
mübarizənin əsas
hədəflərindən biri insanların maarifləndirilməsidir. Həkimlər və Təbib
Tələbələr Birliyi (AMDS) Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclər
arasında virus hepatitlərinin yayılmasının qarşısını almaq üçün geniş
maarif işi başlamışdır. Ümumiyyətlə, gənclik insan
həyatının ən sağlam dövrü hesab edilir. Bu dövrdə gənclərin həyatını
təhlükə qarşısında qoyan əsas səbəblər bədbəxt hadisələr, bəzi
anadangəlmə xroniki patologiyalar, qarşısı alına biləcək ehtiyatsız və
riskli həyat tərzi və müxtəlif infeksiyalara yoluxma ehtimalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən yaşa dolan
zaman rast gəlinən ölümlərin 70%-inin səbəbi yeniyetməlik və gənclik
dövründə inkişaf etdirilən yanlış davranışlardır. Yeniyetməlik və gənclik
dövründə rast gəlinən əsas patologiyalara vərəm, malyariya, İİV/QİÇS,
İnsan Papilloma Virusu, dəri-zöhrəvi xəstəlikləri, bəzi anadangəlmə
xroniki xəstəliklər, arzuedilməz hamiləliyin törətdiyi fəsadlar,
müxtəlif infeksion xəstəliklər, alkoqol və narkotiklərin törətdiyi
fəsadları nümunə göstərmək olar. Bu siyahıya diqqət yetirdikdə görürük
ki, yeniyetməlik və gənclik dövründə rast gəlinə biləcək xəstəliklərin
əksəriyyətinin qarşısı düzgün profilaktik tədbirlərlə alına bilər.
Yeniyetməlik və gənclik dövrünün sağlam keçirilməsi öz növbəsində yaşa
dolan zaman sağlamlığın əsas şərtlərindən biridir. Bu xəstəliklər içərisində
gənclər üçün təhlükəli olanlardan biri virus hepatitləridir. Virus
hepatitləri insanlar arasında geniş yayılmış və bütün dünyada
ictimaiyyət ona qarşı “həyacan təbili” çalmaqdadır. Ümumdünya Hepatit
Alyansı hər il “Mən 12-ci deyiləm” adlı kompaniya həyata keçirir.
Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur
və bir çox hallarda insanlar virus daşıyıcısı olsalar da bundan
xəbərləri yoxdur. Ümumdünya Hepatit Alyansı özünün 2010-cu il
tədbirlərinə artıq start vermişdir. Təəssüf ki, bu
günə qədər xroniki Hepatit C və B xəstəliklərinə qarşı qlobal səviyyədə
kifayət qədər diqqət ayrılmamışdır. Bir çox mütəxəssislər xroniki virus
hepatitlərini, hətta QİÇS-dən daha qorxulu hesab edirlər. Xroniki virus
hepatitlərinin son zamanlar artması beynəlxalq səhiyyə qurumlarını
onunla mübarizədə daha fəal olmağa vadar edir. Bu il Ümümdünya Səhiyyə
Təşkilatı virus hepatitlərinə qarşı qlobal mübarizəni gücləndirmək üçün
yeni qətnamə qəbul edəcəkdir. Bu bir daha qlobal təhlükənin nə qədər
ciddi olduğunun göstəricisidir. Ümumdünya
Hepatit Alyansı hər il “Mən 12-ci deyiləm” adlı kompaniya həyata
keçirir. Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna
yoluxmuşdur və bir çox hallarda insanlar virus daşıyıcısı olsalar da
bundan xəbərləri yoxdur. Təşkilatımız digər tərəfdaşları ilə birlikdə
bütün dünyada keçirilən 19 May Ümümdünya Hepatitlə Mübarizə Gününü qeyd
etməklə profilaktik layihəyə başlamışdır.
Hepatit
Virusları niyə təhlükəlidir: • Dünyada
500 milyon xroniki Hepatit C və B xəstəsi var • Bu rəqəm
İİV/QİÇS yoluxmasından 10 dəfə çoxdur • Planetdə
hər üç nəfərdən biri bu viruslardan birinə yoluxur • Hepatit C
və B viruları qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi təhlükəli
xəstəliklər törədir • Bu
xəsəlikdən ildə 1,5 milyon və hər 30 saniyədə isə 1 insan dünyasını
dəyişir • Yoluxan
500 milyon insandan əksəriyyətinin bundan xəbəri yoxdur Həkimlər və Tibb
Tələbələr İctimai Birliyi (www.azermds.org)
Hepatit A Hepatit B Hepatit C
Hepatit haqqında ətraflı məlumat www.etibb.org web səhifəsində.
|