ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

Reproduktiv sağlamlıq/AIDS

Reproduktiv Sağlamlıq və AIDS Daimi Komitəsi

scoralogoSCORA, Reproduktiv Sağlamlıq və AIDS Daimi Komitəsi, əsasən HIV/AIDS, cinsi problemlər və onların profilaktikası kimi mövzuları diqqətdə saxlayır. SCORA-ın həyata keçirdiyi iki əsas layihə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ərəfəsindəki tədbirlərdən ali məktəb tələbələri üçün profilaktik proqramlardan  ibarətdir.

SCORA-nın əsas məqsədi reproduktiv sağlamlığın müxtəlif aspektlərini geniş kütləya çatdırmaq, HIV/AIDS və digər cinsi yolla ötürülən xəstəliklər haqqında biliklərin yayılması və HIV/AIDS-lə yaşayan insanlara qarşı diskriminasiyanın azaldılması istiqamətində çalışmaqdır.

Hədəf

Bizim hədəfimiz HIV/AIDS-dən və digər cinsi yolla ötürülən xəstəliklərdən azad, universal gender bərabərliyi olan və  hər kəsin reproduktiv hüquqlarına hörmət olunduğu dünya görməkdir.

Missiya

Biz heç bir dinə və ya siyasi partiyaya aid olmayan gələcək həkimlərin təşkilatıyıq. Biz maarifləndirmə yolu ilə geniş yayılmış HIV/AIDS və başqa cinsi yolla ötürülən xəstəlikləri dayandırmaq üçün çalışacağıq, reproduktiv hüquqların və gender bərabərliyinin pozulmasına etiraz edərək, cinsi sağlamlıq anlayışını və onun dəyərini izah edəcəyik.

Geniş yayılan epidemiyalar IFMSA-da narahatlıq doğurduğundan,  IFMSA çərçivəsində 1992-ci ildə AIDS və Cinsi Yolla Ötürülən Xəstəliklər Daimi Komitəsi (SCOAS)  formalaşdırıldı. 1998-cı ildə bu  SCORA ilə əvəz olundu, çünki aydın oldu ki, HIV/AIDS ilə mübarizə aparmaqdan savayı reproduktiv sağlamlığın bir çox problemləri var və biz bir qədər geriyə qayıdıb  məsələyə yenidən nəzər yetirməliyik.

SCORA  çərçivəsində həmçinin mübadilə proqramları da  var və hal-hazırda bir neçə ölkə buna qoşulub, yeni ölkələrin iştirakı gözlənilir. Layihələr ölkədən, vaxtdan və mövzulardan asılı olaraq dəyişir. Burada HIV-in müalicə/diaqnostikası, HIV və cinsi yolla ötürülən xəstəliklərin profilaktika strategiyası, qanunvericiliyi, epidemiologiyası, HIV haqqında tədqiqatlar, "Uşaqlar, AIDS və Tibb Tələbələri", cinsi sağlamlığın digər aspektləri və etik dəyərlər kimi prioritet mövzular barədə mühazirələr, seminarlar, ictimai sferada işləyənlər ilə dəyirmi masa müzakirələri təşkil olunur. 

SCORA həmçinin gender bərabərliyi, qadınların hüquqları, qadınların cinsi şikəstliyi, uşaqlarla sərt rəftar, ailədə zorakılıq, yeniyetmə vaxtı hamiləlik, reproduktiv sistemin xərçəng xəstəlikləri və cinsi orientasiya kimi problemlər yönündə fəaliyyət göstərir. 

            Reproduktiv Sağlamlıq Üzrə Koordinator: Elşən Ağayev, nora@azermds.org

davamı

| [1] |