ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

İctimai sağlamlıq - SCOPH

İctimai Sağlamlıq Üzrə Daimi Komitə (SCOPH)
SCOPH logoIctimai Sağlamlıq Üzrə Daimi Komitə İFMSA-nın ilk yaranan orqanlarından olaraq İFMSA-in ilk günlərindən bu günə kimi ictimai səhiyyənin problemləri ilə məşğul olur. İFMSA-in ən böyük komitələrindən biri olaraq SCOPH çoxlu sayda müxtəlif sosial yönümli layihələr həyata keçirir. Bura malyariya, vərəm, alkohol, narkomaniya və siqaret əleyhinə tədbirlər, orqan ianəsi, qadın sağlamlığı, yol qaydalarına əməl etmə, ətraf mühitin qorunması və s. kimi geniş miqyaslı tədbirlər daxildir. SCOPH-un hər bir üzvünün məqsədi öz kiçik planetlərində sağlamlığı qorumaq və səhiyyəni daha da yaxşılaşdırmaqdır və bugün SCOPH dünyann hər yerindən olan üzvlərindən ibarət Ailəsi ile fexr edir.
 
SCOPH-un həyata keçirdiyi və keçirməkdə olduğu bütün layihələrlə bu ünvanda tanış ola bilərsiniz.
SCOPH-in vəzifəsi:
Sabah daha da sağlam olmaq üçün qloballaşaraq ictimai səhiyyəni yaxşılaşdırmaq.
 
SCOPH-in məqsədi.
  • Tibb tələbələrinin, səhiyyə işçilərinin, ümumilikdə hər kəsin İctimai Sağlamlıq haqqında biliklərinin artırılması.
  • Tibb tələbələrinə İctimai sağlamlığı öyrətmək və təlimlər təşkil etmək.
  • SCOPH layihələrinin və fəaliyyətinin dayanıqlılığını təmin etmək. Müxtəlifliyə nail olmaq üçün beynəlxalq komanda kimi işləmək.

2007-ci ildə “Həkimlər və Təbib Tələbələr İctimai Birliyi” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. 2007-ci ildən etibarən Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin İctimai Sağlamlıq İşləri Üzrə Daimi Komitəsi yaradıldı və yarandığı ilk gündən fəaliyyətə başlamışdır.

Nəzərdə tutulan layihələr sırasına “First Aid - İlk Yardım”, “ Drug Abuse - Dərman asılılığı ilə mübarizə”, “Teddy Beer – Ayıcıq xəstəxanası”, və s. Daxildir.

“First Aid - İlk Yardım” layihəsi 2009-cu il dekabr ayının əvvəlinə nəzərdə tutulub. Bu layihədə Həmyaşıddan həmyaşıdlara təlimlər təşkil ediləcək. Almaniyadan dəvət olunan Təlimçi 10-15 nəfər Tibb universitetinin tələbələrindən ibarət olan qrupa İlk Təcili Yardım təlimi təşkil edəcək.

“Drug Abuse” və ya “Dərman Asılılığı ilə Mübarizə” layihəsinin əsas məqsədi gənclər arasında narkomaniya əleyhinə maariflənmə işinin aparılmasıdır. Layihə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba şəhərlərində və müxtəlif universitetlərdə Narkoloqun ve Psixoloqun iştirakı ilə maariflənmə işinin aparılması, Sənədli filmlərin, presentasiyaların nümayişi, bruklet və vərəqələrin paylanmasını, sorğunun keçirilməsini nəzərdə tutur.

Sizin hər biriniz İctimai Sağlamlıq işlərində aktiv ola bilərsiz. Bunun üçün qeyd etdiyimiz layihələrlə yaxından tanış olun və əgər Sizin hər hansı bir ideyanız varsa - buyurub Bizə qoşula və yeni layihələr təqdim edə bilərsiz.

davamı

| [1] |