ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

AzerMDS

AzerMDS haqqında

AzerMDS_logo “Azərbaycan  Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) 2005-ci ildə Azərbaycanda IFMSA-in (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) tərkibində təsis edilib. IFMSA (International Federation of Medical Students` Associations) bütün dünya tibb tələbələri assosiasiyalarının müstəqil, qeyri- hökumət və qeyri-siyasi federasiyasıdır. 100 ölkədən 102 milli  təşkilat bu federasiyaya tamhüquqlu üzvdür  və dünya üzrə 1 milyona yaxın tibb tələbləsini təmsil edir.

2004-2006-cı illərdə IFMSA-da  namizəd üzv kimi fəaliyyət göstərmişik. 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvüyük. 2007-ci ildə “Azərbaycan  Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Azərbaycan Republikasının qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb. Azərbaycan Respublikasının daxilində 4 universitetdən 100-ə qədər tələbə bizimlə əməkdaşlıq edir:

  • Azərbaycan Tibb Universiteti
  • Odlar Yurdu Universitetinin Tibb fakültəsi
  • Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsi
  • Xəzər universitetinin Tibb fakültəsi 

AzerMDS-in Vəzifəsi

AzerMDS-in vəzifəsi Azərbaycanlı həkimlərin və təbib tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək olmaqdır.

AzerMDS-in Məqsədi

  • Azərbaycanın gənc həkimlərinin və təbib tələbələrinin milli və qlobal səviyyədə ictimai sağlamlıq işlərində iştirak etməsini təmin etmək
  • Sağlamlıqla bağlı problemlərdə gənclərin fəallığını artırmaq
  • Sistematik olaraq gəncləri, xüsusilə də regionlardan olan gəncləri müxtəlif layihələr daxilində sağlamlıq haqqında məlumatlandırmaq
  • Xarici ölkələrdə gənc həkimlərin və təbib tələbələrin elmi və professional mübadiləsinə imkan yaratmaq
  • IFMSA daxil olmaqla beynəlxalq tibbi təşkilatlarla əməkdaşlıq etmək
  • Gənc həkimlər və təbib tələbələr üçün səhiyyə sistemində və tibb  elmində olan yenilikləri işıqlandırmaq
  • Qərbin tibb təhsili sistemi və tədris planının üstünlükləri ilə Azərbaycanın gənc həkimlərini və təbib tələblərini tanış etmək
  • Gənc həkimlərə və təbib tələbələrə beynəlxalq elmi və professional tibbi təşkilatlar haqqında məlumat almaq və onlarla əməkdaşlıq etməyin yollarını izah etmək
  • Gənc həkimlərə və təbib tələblərə ixtisaslarının düzgün seçilməsində yardım etmək

AzerMDS-in strukturu

İctimai Birlik Azərbaycanda bütün tibb tələbələri və gənc həkimlərlə fəaliyyətə açıqdır. AzerMDS-in üzvləri, əsasən Azərbaycan Tibb Universiteti və üç özəl universitet tələbələrindən təşkil olunmuşdur. AzerMDS-in idarə heyəti müxtəlif sahələrdə layihələr icra etmək üçün IFMSA-nın prinsiplərinə əsasən daimi komissiyalar yarada və hər il keçirilən toplantıda bu komissiyalara milli koordinatorlar seçə bilər. 

Fəaliyyətimiz

6 Oktyabr 2007-ci il. “Müasir təbabət, çoxmu uzaqdayıq?” mövzulu konfrans və Azərbaycan Tibb tələbələrinin 1-ci forumu. 200 –dən çox tələbənin iştirakı ilə keçirilən tədbirdə müasir tibb təhsili, xaricdə təhsil imkanları, tibb təhsilində müasir metodlar haqqında çıxışlar oldu. Xaricdə təhsil alan, beynəlxalq rezidentura imtahanlarında yüksək nəticələr göstərmiş tələbələr və həkimlər, xarici klinkalarda çalışan Azərbaycanlı həkimlər maraqlı təqdimatları ilə tələbələrə bu imtahanlar, təhsil və səhiyyə sistemləri haqqında məlumat verdi.

Azərbaycan Tibb tələbələrinin 1-ci forumu

  • Tələbələri müasir təhsil proqramları və metodları ilə tanış etmək. O cümlədən, Boloniya prosesinin tibbdə tətbiqi və onun tələbələrimiz üçün əhəmiyyəti.
  • Nəticələr bizə belə bir fikrə gəlməyə əsas verdi ki, tibb təhsili sistemində göstərilən sahələr üzrə işlər təkmilləşdirilməlidir.
  • İştirakçıların sayı – 120 nəfər.

Ümumdünya AIDS-lə Mübarizə Günü

  • 2007-ci il Noyabrın 23-dən başlayaraq Dekabrın 1-nə kimi Ümumdünya AIDS-lə Mübarizə Gününə həsr olunmuş tədbirlər keçirildi. Bakıda 5 universitetdə tələbə və gənclərlə maarifləndirici görüşlər təşkil olundu, Azərbaycan Premyer Liqasında futbol matçı, internetdə forumlar və media bizim fəaliyyətimizi işıqlandırdı.
  • Nəticələr bizə belə bir fikrə gəlməyə əsas verdi ki, Azərbaycanda gənclər AIDS-in profilaktikası və test üsulları barədə kifayət qədər məlumata malik deyillər və gələcəkdə də bu yöndə maarifləndirməyə ehtiyac var.
  • İştirakçıların sayı – 2000 nəfər.

“Tibb Təhsilində Yeniliklər” adlı aylıq bülletenin hazırlanması. Hazırladığımız ilk bülletendə İFMSA və EMSA (European Medical Students’ Association) tərəfindən təşkil edilən Bolonya prosesinə həsr olunmuş 3-cü simpoziumun yekunu olan Bolonya bəyənnaməsi və Tibb Təhsili məqaləsini təqdim etdik. İkinci bülletenimizdə isə “Education and Health” jurnalından tibb təsilində müasir tədris metodlarını əks etdirən məqalələrin xülasələrini təqdim etdik.

“Tibb Təhsilində Müasir Standartlar” layihəsi, 2008. Bu layihəmiz “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” tərəfindən dəstəkləndi və bu layihə çərçivəsində ilk 2 görüş "Gənc Həkimlər və Tibb Tәlәbәlәrinin" Azərbaycanda tibb təhsilinin inkişaflı ilə bağlı təklifləri'nin hazırlanması üzrə keçirildi.

1-2 Noyabr 2008-ci il tarixlərində isə Azərbaycan Tibb Universitetində Tibb Təhsilində Müasir Standartlar” mövzulu II Konfrans təşkil olundu. Konfransda tibb təhsilində Bolonya prosesi, qlobal standartlar və müasir öyrənmə metodları haqqında çıxışlar oldu. Tədbirdə həmçinin Almaniyanın Heidelberg universitetindən və Türkiyənin Hacettepe Universitetindən dəvət olunmuş mütəxəssislər müasir təhsil sistemləri, innovativ və interaktiv metodlar, Tibb Təhsilində keyfiyyətin öyrənilməsi və artırılması metodları haqqında məlumat verdi. Sonda isə "Gənc Həkimlər və Tibb Tәlәbәlәrinin" Azərbaycanda tibb təhsilinin inkişaflı ilə bağlı təklifləri qəbul olunaraq dövlət strukturlarına, univeristitet rəhbərliyinə və səhiyyə nazirliyinə təqdim olundu.

davamı

| [1] | 2 |