|
azerdms-e üzv olun
üzv girişi
Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
|
 |
 |
 |
IFMSA
|
IFMSA, tarixi, məqsəd və vəzifələri
|
1948-ci ildə İkinci Dünya müharibəsindən sonra İngiltərədə Beynəlxalq Tələbə Birliyi (International Union of Students -IUS) tərəfindən Tələbələrin Beynəlxalq Klinik Konfransı (Student International Clinical Conference-SICC) təşkil edildi. İUS-un hollandiyalı tibb tələbələri növbəti konfransı təşkil etməyə söz versələr də bu baş tutmadı. Səbəbi siyasi münaqişələr üzündən qərb tələbələrinin İUS-dan uzaqlaşması idi və növbəti il bu tədbir təşkil edilmədi. Buna baxmayaraq, tibb tələbələrinin geyri siyasi beynəlxalq federasiyasının yaradılması ideyası doğuldu. 1950-ci ilin Dekabırında Parisdə tibb tələbələrinin mümkün beynəlxalq federasiyasının yaradılmasının mümkünlüyü müzakirə edildi və Ümumdünya Səhiyyə Səhiyyə təşkilatı (WHO) maliyyə yardımı göstərməyə söz verdi. 26-28 May 1951-ci ildə Kopenhagendə 8 ölkənin (İsveç, Danimarka, Norveç, Finlandiya, Almaniya, İspaniya, İngiltərə və İtaliya) nümayəndələri tərəfindən Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyası (International Federation of Medical Students Associations, IFMSA) yaradıldı. IFMSA-nın əsas məqsədi kimi professional sahədə tibb tələbələrinin əməkdaşlığının dəstəklənməsi və həvəsləndirilməsi müəyyən edidi. Təşkilat ildən ilə böyüdü və təkmilləşdi. Bu gün IFMSA-da 100 ölkədən 102 üzv təşkilat var. 
IFMSA-in Məqsəd və Vəzifələri
- Bütün dünyada tibb tələbələrinin sağlamlıq,təhsil və tibb mövzularında müzakirə apara bilməsi üçün forum rolu oynamaq və müzakirələrdən istifadə edərək müxtəlif işlər görmək
- Tibb tələbələrinə humanistliyi və tibbi etik qaydaları təbliğ etmək
- Digər beynəlxalq təşkilatlarla əlaqə və əməkdaşlıq yaradılmasına dəstək vermək
- Federasiyanın əsas məqsədi bütün dünyada cəmiyyətə və tibb tələbələrinə xidmət etməkdir
- Tələbələrə öz bilik və bacarıqlarından cəmiyyətin xeyrinə istifadə etmək üçün şərait yaratmaq
- Bütün dünya tibb tələbələrinin fərdi və ümumi sağlamlıq, təhsil və elm mövyusunda müzakirələr apara biləcəyi və bu müzakirələri həyata keçirə biləcəyi və bu müzakirələri həyata keçirə biləcəyi forumlar təşkil etmək
- İxtisas və elmi mübadilə proqramlarını genişləndirmək tibb tələbələrini başqa dövlətlərin mədəniyyəti və sağlamlıq problemlərinə həssaslığını artırmaq üçün
- Üzvlər tibb tələbələri və beynəlxalq təşkilatlar arasında əlaqə yaratmaq və cəmiyyətin xeyrinə onların əməkdaşlığını təmin etmək
IFMSA nə edir?
|
| davamı |
|
| |
|