ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

Mübadilə proqramları

Mübadilə Proqramı 2010-2011

scorpeSəhiyyəmizin müasir səviyyəyə yüksəlişi həkim və təbib tələbələrimizin dünya təbabətində olan qabaqcıl təcrübənin necə öyrənməsindən aslıdır. Gənc həkim və təbib tələbələrimizin xarici ölkə klinikaları ilə tanış olması, orada tətbiq olunan yeni müalicə metodlarını mənimsəməsi, eləcə də elmi fəaliyyətlə məşğul olmaları ölkəmizdə tibb xidməti səviyyəsinin artmasına  böyük təkan verəcək.

Dünyanın əksər ölkələrində tələbələrin xarici ölkə klinikalarında ixtisaslaşmaya və ya elmi fəaliyyətə göndərilməsinin ən sınanılmış və effektiv üsulu IFMSA (International Federation of Medical Students Associations, www.ifmsa.org ) adlanan beynəlxalq şəbəkə vasitəsilə keçirilən mübadilə proqramıdır. IFMSA Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən tanınmış bir şəbəkədir. Bu proqram çərçivəsində tibb tələbəsi istənilən ölkədə 1 ay professional, 1-6 ay müddətində isə elmi ixtisaslaşma keçə bilər. IFMSA humanitar prinsiplər əsasında işləyən şəbəkə olub, il ərzində bütün dünyada 8000-dən çox tələbənin übadiləsinə şərait yaradır. AzerMDS olaraq 2005-ci ildən IFMSA-nın üzvlüyünə namizəd keçmiş, 08.08.2007-ci il tarixindən isə tam hüquqlu üzvlüyünə qəbul olunmuşuq.

Bu il 30 tələbənin mübadiləsi üçün (hər biri 1 ay olmaqla) müqavilələr imzalamışıq. Müqavilələr aşağıdakı ölkələrlə bağlanmışdır:

Professional mübadilə:  (SCOPE)

Yer

Elmi Mübadilə: (SCORE)

Yer

1

Almaniya

2

Avstriya

1

2

Hollandiya

1

İtaliya

2

3

Avstriya

1

Çexiya

1

4

Braziliya

1

İran

1

5

Çexiya

3

Macarıstan

1

6

İslandiya

1

Polşa

1

7

İspaniya

1

Səudiyyə Ərəbistanı 

1

8

İsrail

1

Türkiyə

4

9

İtaliya

2

 

 

10

Livan

1

11

Misir

1

 

 

12

Norveç

1

 

 

13

Portuqaliya

1

14

Slovakiya

1

15

Türkiyə

4

Müqavilələr birtərəfli (unilateral) və ikitərəfli bağlanılıb. Tələbələr yol xərcini ödəməli və mübadilə olunacaq dövlətin müvafiq cəmiyyətinə dövlətdən aslı olaraq 250-400 Avro arası ödəniş etməlidilər. Bu ödənişə tələbələrin 1 aylıq yemək (ölkədən aslı olaraq gündə 1-2 dəfə), yataqxana, klinikada təcrübənin və ya elmi işin təşkili daxildi. 

davamı

| [1] |