ana səhifə haqqında şəkillər forum əlaqə linklər e-kitabxana
az | en
azerdms-e üzv olun
üzv girişi

Diplomdan sonrakı tibb təhsilindən (internatura - rezidentura) razısınızmı?
Bəli
Xeyr
Bilmirəm

Tibb təhsili - SCOME

AzerMDS - SCOME
scomelogo

Tibb Təhsili üzrə Daimi Komitə (SCOME) Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) mühüm bir hissəsidir. 1951-ci ildə IFMSA yaranan gündən bəri SCOME tibb tələbələrinin ən mühüm məsələlərindən biri ilə, onların təhsili ilə yaxından maraqlanır. SCOME tibb tələbələrini bir araya gətirməklə, cəmiyyətin və onların öz mənafeləri naminə tibb təhsilində irəliləyişlərin əldə edilməsinin bir yoludur.

SCOME öz məqsədlərinə nail olmaq yolunda tibb təhsilinin müxəlif aspektləri ilə maraqlanan tələbələrin müzakirə forumu kimi fəaliyyət göstərir.

Məqsədi

Təhsil prosesini, tədris planını və tələbələri təkmilləşdirmək və Yer üzərindəki bütün tibb tələbələri üçün optimal öyrənmə mühiti yaratmaq.

Hədəfi

Ölkəmizdə və dünyada Tibb Tələbələrinin ən yüksək səsi olmaq.

Tibb təhsili

Müasir informasiya aləmində olan rəngarənglik, əhalinin xəstəliklər barədə geniş məlumata malik olmasına gətirib çıxarır və nəticədə xəstələrin həkimlərə olan inamı azalmış olur. Bütün bunlara baxmayaraq tibbi təhsil ocaqları öz tədris planlarında dəyişikliklər etməyə cəhd göstərmir, sistemsiz edilmiş dəyişikliklər isə heç bir nəticə vermir. Tibb fakultələrində tədris edən müəllimlərin pedaqoji təhsilinin olmaması da bir tərəfdən tələbələrin bu vəya digər tədris predmetini mənimsəməsində çətinliklərlə qarşılaşmasına səbəb olur.

Bütün bunları nəzərə alaraq, ənənəvi tədris planı ilə təhsil alan tələbələrin müasir cəmiyyətdə səhiyyənin tələbləri ilə ayaqlaşa biləcəyi bir qədər şübhə doğurur. Elmi araşdırmalar göstərir ki, müasir tibbi tədris planı daha savadlı həkimlər yetişdirmək üçün tələbələrə tibbin sirrlərini dərindən öyrətməlidir.Tibbdə elmi tapıntılara əsaslanan bir sıra yeni yanaşmaların meydana çıxmasına baxmayaraq, tibbi təhsil ocaqlarındakı tədris planında yeniliklərə çox az hallarda təsadüf etmək olur. Bir çox universitetlərdə yeniliklər barədə məlumatın azlığı, digərlərində isə bu yeniliklərin tədris planına salmaq cəhdlərinin olmaması tibb təhsilinin inkişafında yubanmanın əmələ gəlməsinə səbəb olur.

Tibbi tədris planlarının birbaşa tibb tələbələrinə tətbiq olunmasını nəzərə alaraq, tibb tələbələrinin də bu prosesə təsir etmək və bu sahədə öz sözlərini demək imkanları olmalıdır. Beləki tibb tələbələri öz təhsil səviyyələrini müasir standartlara, cəmiyyətin ehtiyaclarına uyğunlaşdırmaq üçün əllərindən gələni etməyə hazırdırlar.

Burada köməyə Standing Committee On Medical Education (SCOME) gəlir.
SCOME öz məqsədlərinə nail olmaq yolunda tibb təhsilinin müxtəlif aspektləri ilə maraqlanan tələbələrin müzakirə forumu kimi fəaliyyət göstərir. 90 dan artıq ölkədə aktiv olan İFMSA təcrübəsi göstərir ki, tibb tələbələri təhsillərinin müasir cəmiyyətin tələblərinə uyğunlaşdırılmasının ən aktiv tərəfdarlarıdırlar. Bu sahədə aparılan elmi tədqiqat nəticələrinə əsaslanaraq, tibb tələbələri olaraq qərara aldıq ki, məqsədimiz tələbələrin və mütəxəssislərin müasir standartlara uyğun təhsili vətəlimi, təcrübə mübadiləsi və bu sahədə məlumatların yayılmasından ibarət olmalıdır.
 
Həyata keçirdiyimiz layihələr.
 
“Azərbaycan Tibb Tələbələrinin I Forumu", 6 Oktyabr 2007-ci il. “Müasir təbabət, çoxmu uzaqdayıq?” mövzulu konfrans və Azərbaycan Tibb tələbələrinin 1-ci forumu. 200–dən çox tələbənin iştirakı ilə keçirilən tədbirdə müasir tibb təhsili, xaricdə təhsil imkanları, tibb təhsilində müasir metodlar haqqında çıxışlar oldu. Xaricdə təhsil alan (Heidelberg Uni), beynəlxalq rezidentura imtahanlarında yüksək nəticələr göstərmiş tələbələr və həkimlər (S.Babayev-USMLE birincisi, M.İbrahimov-TUS birincisi), xarici klinkalarda çalışan Azərbaycanlı həkimlər maraqlı təqdimatları ilə tələbələrə bu imtahanlar, təhsil və səhiyyə sistemləri haqqında məlumat verdi və öz təcrübələrinı bölüşdülər.

“Tibb Təhsilində Yeniliklər” adlı aylıq bülletenlərin hazırlanması. Hazırladığımız ilk bülletendə İFMSA və EMSA (European Medical Students' Association) tərəfindən təşkil edilən Bolonya prosesinə həsr olunmuş 3-cü simpoziumun yekunu olan Bolonya bəyənnaməsi və Tibb Təhsili məqaləsini təqdim etdik. İkinci bülletenimizdə isə “Education and Health” jurnalından tibb təsilində müasir tədris metodlarını əks etdirən məqalələrin xülasələrini təqdim etdik. Üçüncü bülletendə isə Tibb Təhsilində Müasir Standartlar layihəsi çarçivəsində hazırlanan "Tibb Tələbələri və Gənc Həkimlərin Azərbaycanda Tibb Təhsilinin İnkişafı ilə Bağlı Təklifləri" çap olundu. Artıq bülletenlərimizin 5 nömrəsi çap olunub. Bu bülletenlər haqda daha ətraflı Bülletenlər bölməsində tanış ola bilərsiniz.

“Tibb Təhsilində Müasir Standartlar” layihəsi, 2008. Bu layihəmiz “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” tərəfindən dəstəkləndi və bu layihə çərçivəsində ilk 2 görüş "Gənc Həkimlər və Tibb Tәlәbәlәrinin" Azərbaycanda tibb təhsilinin inkişaflı ilə bağlı təklifləri'nin hazırlanması üzrə keçirildi.

1-2 Noyabr 2008-ci il tarixlərində isə Azərbaycan Tibb Universitetində Tibb Təhsilində Müasir Standartlar” mövzulu II Konfrans təşkil olundu. Konfransda tibb təhsilində Bolonya prosesi, qlobal standartlar və müasir öyrənmə metodları haqqında çıxışlar oldu. Tədbirdə həmçinin Almaniyanın Heidelberg universitetindən və Türkiyənin Hacettepe Universitetindən dəvət olunmuş mütəxəssislər müasir təhsil sistemləri, innovativ və interaktiv metodlar, Tibb Təhsilində keyfiyyətin öyrənilməsi və artırılması metodları haqqında məlumat verdi. Sonda isə "Gənc Həkimlər və Tibb Tәlәbәlәrinin" Azərbaycanda tibb təhsilinin inkişaflı ilə bağlı təklifləri qəbul olunaraq dövlət strukturlarına, univeristitet rəhbərliyinə və səhiyyə nazirliyinə təqdim olundu.

“Residency Database” layihəsi - IFMSA - SCOME-in beynəlxalq layihəsidir. Bu database-ə daxil olmaqla, tibbdə rezidentura tehsili verən ölkələrdə diplomsonrası təhsil almaq imkanı, şərtləri barədə ətraflı məlumat almaq olar. http://www.helmsic.gr/ residency-database/countries

 
Tibb Təhsili Üzrə Koordinator: Rüstəm Əliyev,  nome@azermds.org

AzerMDS-SCOME qrupuna üzv ol

davamı

| [1] | 2 |