13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

İkinci bölüm: "Menstruasiya xəstəlikdir?"

Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar üzrə Komitənin yeni layihəsi olan "Pərdəsiz söhbətlər" adlı podkastlar seriyası yayımdadır. Cinsi və reproduktiv sağlamlığa dair mövzular cəmiyyətdə olduqca az müzakirə edilir və layihənin məqsədi azərbaycan dilində belə həssas mövzularda kontent yaratmaq, eyni zamanda bilgiləndirməni artırmaqdır. Layihə ardıcıl seriyalar şəklində paylaşılacaq.

Layihənin ikinci bölümü menstruasiya, onun barəsində olan miflər, menstrual gigiyena vasitələrinə həsr edilib.