13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

SCOME Yay Düşərgəsi

Əziz Tibb tələbələri!✨

Hamınızın çoxdan gözlədiyi SCOME Yay Düşərgəsi layihəsi ilə qarşınızdayıq! 🏕🏞️

🏥 SCOME ailəsi olaraq bu layihəni təşkil etmə səbəbimiz, uzunmüddətli pandemiya dövründə tələbələrin vacib sahə olan "İlkin Tibbi Yardım" haqqında təməl bilikləri əldə etməsi və təhsildən geri qalmamalarıdır.

Siz də bizimlə bərabər səmimi şəraitdə əylənərək öyrənmək istəyirsinizsə, bu layihə sizin üçün ən doğru seçimdir🐼

Təlimçimiz idman həkimi- reabilitoloq, təcrübəli təlimçi, ekstremal şəraitlərdə "İlkin Tibbi Yardım" təlimləri vermiş, First Med şirkətinin qurucusu Fərid Səlimovdur.

Seçilmə kriteriyaları:

1. Motivasiya məktubu(motivasiya məktubunu doldurmayanlar və ya süni yolla söz sayını artırmağa çalışanların müraciəti qəbul edilməyəcəkdir.);

2. İlkin Tibbi Yardım haqqında ön-dəyərləndirmə formunun doldurulması;

https://forms.gle/q3HQ6FE425CutxeMA

Qeyd: Pandemiya ilə əlaqədar olaraq iştirakçı sayı limitlidir.

Hər birinizi bu layihədə görməyə şad olarıq🤍🖤Tələsin, yerlər məhduddur😊😊

Yer: İsmayıllı

Tarix: 12- 14 İyul

İştirakçı sayı: 15 nəfər

Qeydiyyat linki:

https://forms.gle/5jyRVezSuHYhhpkU7