23 Bakikhanov Street, Baku, 370022, Azerbaijan office.azermds@gmail.com

SCOME

SCOME açılışı nədir?

SCOME Tibb Təhsili üzrə Daimi Komitə olub(Standing Comittee on Medical Educaition ) İFMSA-də (Beynəlxalq  Tibb Tələbələri Assosiasiyası Federasiyası) əsası 1951 ci ildə qoyulmuş ilk komitədir

SCOME komitəsinin görüşü(vizyonu )

Tibb tələbələri dünyada daha yaxşı səhiyyə xidmətinə çatmaq, həmçinin öz potensialları üçün üçün gələcəyin həkimləri olaraq optimal professional və fərdi inkişaf əldə edirlər.

Scome bugün təkcə tibb tələbələrini bir araya yığmır, həm də onların universitet həyatında nə qədər aktiv ola biləcəyini ,təhsildə qərar vermə səlahiyyətinə malik tərəf olduqlarını ,həmçinin narazı olduqları təhsil sistemini dəyişəbiləcək qüvvə olduqlarını və ən əsası bir tələbədən daha artıq ola biləcəklərini göstərir.

 

SCOME komitəsinin missiyası

 

Missiyamız, yəni vəzifəmiz tibb tələbələrini, yəni bizləri tibb təhsilinin inkişafına töhfə verən qüvvəyə çevirməkdir. Həm öyrənmək, həm öyrətmək əsas motivlərimizdəndir.Yəni həm fayda vermək həm fayda götürmək.

SCOME komitəsinin dünyada gördüyü işlər 

SCOME olaraq indiyə qədər digər NMO( National Member Organization) yəni digər ölkələrin təşkilatlarının gördüyü işlərə nəzər salmaq istəyirsinizsə buradan baxa bilərsiniz.

Qeyd- Azərbaycan Avropa regionuna aiddir.

 

 

Səhiyyə xidmətləri sürətlə dəyişir. Tibb elmi öz bədənimiz  haqqında anlayışımızı artırdı və yeni bir məlumat partlaması yaratdı. Bununla birlikdə, tibbi tədris ocaqları tədris proqramlarında dəyişiklik etmir və ya yavaş-yavaş tətbiq edirlər. Bir çox tibb fakültəsindəki müəllimlər dərs metodikası barədə öncədən təhsil almırlar; çoxu klinik həkimdirlər və əsasən bacarıqlarını şagirdlərinə necə göstərəcəkləri barədə məlumatları yoxdur. Tibb fakültəsi tələbələri birbaşa tibbi tədris proqramının subyektləri olduğu üçün  təhsilin  keyfiyyətini onlardan daha yaxşı bilən yoxdur  buna görə də haqlı olaraq onlar  yeni tədris proqramlarının yaradılmasına və tədris proqramının inkişafına təsir göstərməlidirlər. Tibbi təhsilinin  digər bir göstəricisi fakültə  məzunlarının  həkimlik peşəsinin o cümlədən səhiyyə sistemlərinin standarlarını ödəyib ödəmədikləri  və öz  cəmiyyətlərinin ehtiyaclarını qarşılaya bilib bilmədiklərinə görə müəyyən olunur . IFMSA -in nöqteyi nəzərindən , təhsillərini cəmiyyətlərinin ehtiyaclarına uyğunlaşdırmağın ən güclü tərəfdarı məhz tibb tələbələri olur. Müasir bir cəmiyyətdə səhiyyənin ehtiyacları ilə maraqlanmağı  və təhsilimizin bizi onlara hazırladığından əmin olmağı öhdəmizə götürmək istəyirik. Elmi məlumatlar göstərir ki, müasir tibbi tədris proqramlarının  müxtəlif bacarıq və biliklərlə təchiz olunmuş həkimlər yaratmaq üçün tələbələri uyğun bir şəkildə öyrətmək ehtimalı çoxdur. Tibb tədrisində qismən koqnitiv elmin tapıntılarına əsaslanan bir sıra yenilikçi yanaşmalar olsa da, tibbi tədris proqramlarında dəyişiklik yavaş-yavaş baş verir. Dəyişiklik ehtiyacı bir çox universitetdə ya tanınmır, ya da nəzərə alınmır. Burada SCOME səhnəyə gəlir. Bizlər müasir tibb təhsilini təbliğ etməyə çalışırıq. Bir çox müsbət nümunədən əmin olduq ki, tələbələrə və müəllimlərə təlim verərək, təcrübə mübadiləsi apararaq məlumat yayaraq bu missiyanı davam etdiririk. IFMSA, dünyanın 100-dən çox ölkəsində yerli olaraq fəaliyyət göstərən qlobal bir tibb tələbəsi təşkilatı olaraq, son onilliklər ərzində tibbi təhsilin inkişafına önəmli  töhfələr vermişdir.

 

Əlavə olaraq önəmli sənədləri oxumaq üçün buraya keçid edə bilərsiniz

 

 

 

SCOME olaraq bizlər nə iş görürük 

Gün keçdikcə daha da böyüməyə davam edən bir təşkilatıq Amma daha çox iş görməyə SCOME -ni tanıtmağa daga çox t

ləbə cəlb etməyə hələ də ehtiyacımız var Artıq illərdir ənənə halını almış PNÖ yəni Problem Nümunəsində Öyrənmə layihəmiz bir çox tələbələr tərəfindən maraqla qarşılanır Layihənin məqsədi tələbələrdə klinik təfəkkür formalaşdırmaq tələbələr üçün diskussiya edə biləcəkləri birgə öyrənə biləcəkləri mühit yaratmaqdır Belə ki hal-hazırda virtual olaraq da davam edən həyat bizə göstərdi ki onlayn da bir çox imkanlar mövcuddur və biz də PNÖ nü onlayn keçirməyə qərar verdik Layihə zamanı situasiya məsələsi təqdim olunur və tələbələr komandalar şəklində bunu müzakirə edirlrə və sonda qalib komanda seçilir Bundan başqa həkim də tələbələri meşayiət edir və mezakirə meddtətinfə edilən yanlışları öx fikirlərini və rəylərini şərh edir İnteraktiv keçən PNÖ artıq SCOMEnin ənənəv layihəsidir

 

Bundan başqa AzerMDS olaraq AAMA ilə anlaşma memorandmuna əsasən Amerikada yaşayan bir çox həmvətənlərimiz bizə mühazirələr verir və bilgi yenilənməsi edirlər Mövzular bir çox sahəni əhatə edir və ən yaxşı kitabların proqramlarına əsasən tərtib olunur Dərk etməni müəyyənləçdirmək üçün hər müehazirə sonrası dəyərləndirmə anketi paylaşılır 

 

Həmçinin AzerMDS olaraq struktur formalaşdırmaq üçün bir sıra yumşaq bacarıqlar vebinarlar silsiləsi də keçiririk Bu vebinarlar vasitəsilə düsgün CV düzgün mail yazma bacarıqlarına həmçimin effektiv təqdimat hazırlamaq proyektlərin idarə olunması kimi vərdişlərə də yiyələnirik