😍 😍 Dəyərli SCOME həvəskarları, ilk dəfə 21 fevral tarixində baş tutan "Həkim kimi Düşün" layihəmizin ikinci tədbiri gəlir.
İlk tədbirimiz bildiyiniz kimi lor ixtisası üzrə olmuşdu. Bu dəfə isə təcili tibbi yardımdan reanimasiyaya keçid edən situasiya məsələləri sizlərə təqdim olunacaq. Formata hazırlaşa bilmək üçün sizinlə vəsaitlər paylaşılıb.
Bundan başqa keçən dəfə baş tutmuş HKD-1 layihəmizi izləmək də sizə kömək edəcək.
Qeydiyyatdan keçərkən aktiv iştirakçı rolunu, yaxud passiv izləyici rolunu seçə bilərsiniz. Aktiv iştirak üçün yerlər məhduddur, buna görə də daha öncə qeydiyyatdan keçənlər iştirak şansı əldə edəcəklər.
Həkim qonağımız Türkiyədə işləyən, AzerMDS məzunlarımızdan, pandemiya dövründə insanların maariflənməsi üçün önəmli işlər görmüş reanimatoloq/anestezioloq Turana Rasulovadır.
Doktorumuz biz tələbələri (yəni həm simulyant xəstə kimi iştirak edən tələbələr olaraq bizi, həm də həkim kimi diaqnozu tapmağa çalışan siz tələbələri) müşayiət edəcək və təqdim olunan hər bir situasiya məsələsindən sonra öz rəylərini bildirəcək.
⚜️
Platforma: Zoom
Tarix: 25 iyun| 19:00
Tədbirin dili: azərbaycanca
Qeydiyyatdan keçməyə tələsin
Qeydiyyat linki: