13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

Ümumdünya Humanitar Yardım Günü

Müəllif: Humay Məmmədli - Azərbaycan Tibb Universiteti II Müalicə-Profilaktika fakültəsinin III kurs tələbəsi

 Ümumdünya Humanitar Yardım günü hər il 19 avqust günündə qeyd olunur. Bəs əhəmiyyəti nədir bu günün?

Bu günün keçirilmə məqsədi yardıma ehtiyacı olan insanların əlindən tutan insanları, kimi zaman bu yolda hətta öz canlarını fəda etməyə hazır olan insani yardım işçilərini anmaqdır. Hər il humanitar günü üçün fərqli mövzularda çağırışlar başladılır və bu gün xüsusi olaraq qeyd olunur.

Gəlin birdə bu günə tarixi nəzər salaq.

Mövzusuna baxdığımızda bu gün bizdə çox yaxşı təəssüratlar oyatsa da, bu günün tarixə keçməsi heç də xoş hadisələrin nəticəsi olmamışdır.

Təqvim yarpaqları 19 avqust 2003-cü ili göstərdiyində BMT-nin İraq, Bağdaddakı qərargahı olan Canal hoteldə bombalı bir terror aktı gerçəkləşdirildi. Terrorçularun əsas hədəfi hadisədən 5 gün əvvəl yaradılan BMT-nin Yardım Missiyası idi.

Hadisədən sonra içlərində Birləşmiş Millətlər Təşkilatının İraq Özəl təmsilçisi Serjiu Vieyra di Mellu olmaqla 22 nəfər həyatını itirdi, 100 nəfərdən çox insan yaralandı.Hadisəni Təhvit və Cihad camaatları öz üzərinə aldı.

Braziliya vətəndaşı olan Serjiu Vieyra di Mellu Birləşmiş Millətlər Təşkilatında ömrünün 30 ildən çox hissəsini silahlı qarşıdurmanın səssiz qurbanlarını ortaya çıxartmaq, onların iztirablarını azaltmaq və humanitar vəziyyətlərdə xidmət etməyə həsr etmişdir. 19 avqust 2003-cü ildə Bağdadda onun 21 həmkarı ilə birlikdə ölümü dünya miqyasında silahlı qarşıdurma qurbanlarını düşüncə tərzi, fəlsəfəsi, dinamizmi və cəsarəti ilə hamıya ilham verən və gələcək nəsillərin təqlid etməsi üçün sonsuz bir miras olaraq qalmış görkəmli bir humanitar liderdən məhrum etdi.

2006-cı ildə Vieyra di Mellunun ailəsi və bir qrup yaxın dostu icmalar arasında dialoqun təşviq edilməsi və humanitar böhran qurbanlarının vəziyyətini aradan qaldırmaq üçün bitməmiş missiyasını davam etdirmək üçün "Sergio Vieira de Mello Foundation" qurdular. Fond bütün hökumətlər, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Təşkilatlar və Qeyri-Hökumət Təşkilatları ilə sıx əməkdaşlıq edərək hər il Ümumdünya Humanitar Yardım Gününü genişmiqyaslı şəkildə qeyd etməyi qarşısına məqsəd qoymuşdur.

19 avqustun Humanitar Yardım Günü olaraq təyin edilməsi Vieyra di Mellu ailəsi və Fondun həm Cenevrədə, həm də Nyu-Yorkda Fransa, İsveçrə, Yaponiya və Braziliya səfirləri ilə sıx əməkdaşlığının nəticəsidir.

 Ümumdünya Humanitar Yardım İşçilər hazırda çox çətin vəziyyətlərdə işləyirlər. 2017-ci ildə aparılan bir statistikaya görə son 20 il ərzində 4132 yardım işçisi hücum qurbanı olmuşdur. Sadəcə 2016-cı ildə 91 nəfər öldürülmüş, 88 nəfər yaralanmışdər. Belə hadisələr daha çox Suriya, Əfqanıstan, Cənubi Sudan, Demokratik Konqo Respublikası və Somali kimi ölkələrdə baş verir.

Yardım işçilərinə qarşı törədilən hər bir cinayət və vəhşilik acınacaqlı və dözülməzdir. Bu kimi cinayət aktlarını normallaşdırmaq olmaz. Yardım işçilərinin hüquqlarının qorunmaması ən sonda yardıma ehtiyacı olan insanlara qarşı da ədalətsizlik deməkdir.

Mənbələr:

 

  1.  1. https://www.unocha.org/sites/unocha/files/OOM%20WHD_final_May2017.pdf unocha.org İyun, 2017

 2. https://globalwa.org/2013/08/world-humanitarian-day/ globalwa.org 19 avqust, 2013